Filarmoniyada Gidon Kremer və onun yaratdığı "Kremerata Baltika" kamera orkestrinin konserti olacaq
Filarmoniyada görkəmli musiqiçi Gidon Kremer və onun yaratdığı "Kremerata Baltika" kamera orkestrinin konserti olacaq.
Mayın 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli skripkaçı, müasir musiqi xadimi Gidon Kremer və onun yaratdığı "Kremerata Baltika" kamera orkestrinin konserti olacaq.
Güzəştsiz sənət dünyagörüşünə malik musiqiçi Gidon Kremer öz nəslinin ən hörmətli və axtarılan sənətçilərindən biri kimi dünya miqyasında şöhrət qazanmışdır.
Onun geniş repertuarına həm klassiklərin əsərləri, həm də 20-21-ci əsr bəstəkarlarının əsərləri daxildir.
Onun əhatəsində olan heç bir solist, müasir bestəkərların maraqlarını və yeni skripka musiqisini müdafiə edə bilmir, necə ki bunu Gidon Kremer edir.
O, Alfred Schnittke, Arvo Pärt, Gia Kancheli, Sofia Qubaidulina, Valentin Silvestrov, Luici Nono, Edison Denisov, Aribert Reimann, Peteris Vasks, Con Adams, Victor Kissin, Michael Nyman, Philip Glass kimi bir çox müasir müəlliflərlə əməkdaşlıq edib. Onların çoxu öz əsərlərini ona həsr edirdilər, adətən ilk ifaçı sadəcə Maestro özü olurdu. Bu siyahıda korifeyimizin adını - Gidon Kremerin repertuarına daxil etdiyi skripka konsertini Qara Qarayevi xatırlatmaq lazımdır.
Beynəlxalq səviyyəli skripkaçı Gidon Kremer, Leonard Bernstein, Riccardo Muti, Claudio Abbado, Lorin Maazel, Herbert von Karajan, Nikolaus Harnoncourt və ya Seiji Ozawa kimi ən böyük orkestrlər və ən nüfuzlu dirijorlarla çıxış edir.
Gidon Kremer 120-dən çox albom yazdırıb və Ernst-von-Siemens Musikpreis, Bundesverdienstkreuz, "Triumf" (Moskva), UNESCO, Una Vita Nella Musica - Artur Rubinstein daxil olmaqla bir çox beynəlxalq mükafatlar alıb. Bundan əlavə, 2016-cı ildə Yaponiya İmperatoru onu musiqi aləmi üzrə Nobel mükafatına bərabər olan İmperator Praemium mükafatı ilə təltif edib.
1997-ci ildə o, üç Baltikyanı ölkədən gənc musiqiçilərdən ibarət "Kremerata Baltica" kamera orkestrini yaradıb.
Tez bir zamanda Kremerata Baltika dünyanın aparıcı konsert məkanlarında çıxışları ilə yüksək beynəlxalq nüfuzunu təsdiqləyən dünya səviyyəli peşəkar ansambla çevrildi.
Mövcud olduğu müddətdə Kremerata Baltika 50-dən çox ölkədə qastrol səfərində olub və Asiya, Avstraliya, ABŞ, Latın Amerikası, Rusiya və Avropada 1000-dən çox konsert vermişdir. Qrupla birlikdə görkəmli müasir ifaçılar, o cümlədən Cessi Norman, Mixail Pletnev, Tomas Zeytmeyer, Yo-Yo Ma və başqaları çıxış edirdilər. Onların ifasında 50-dən çox CD buraxılıb və 2002-ci ildə orkestr iki nüfuzlu - GRAMMY və ECHO mükafatlarına layiq görülüb.
Bu gün Maestronun anadan olmasının 77-ci ildönümündə ona cansağlığı və yaradıcılığında uzun ömür arzulayırıq.