Film: Bayden Rusiyaya gəlir, pulu qurtarır...
Rusiyalı aktyor Dmitri Dyujev "Qudbay" komediya serialında ABŞ Prezidenti Co Bayden rolunu oynayacaq.
meqale.com kult.az-a istinadən xəbər verir ki, bu barədə TNT mətbuat xidməti məlumat yayıb
"Süjetə görə, Bayden/Dyujev sanksiyaların niyə işləmədiyini özü üçün anlamaq istəyir, Rusiyaya uçur, amma sonunda sənədlərini itirir və ABŞ-a qayıtmaq üçün pul yığmaq məqsədilə ingilis dili müəllimi kimi işə düzəlir", - məlumatda deyilir.