Futbolçu məşq zamanı öldü

Boliviyanın "Real Santa Kruz" klubunun kolumbiyalı futbolçusu Gilyermo Beltran ölüb.

Futbolçu məşq zamanı öldü
Boliviyanın "Real Santa Kruz" klubunun kolumbiyalı futbolçusu Gilyermo Beltran ölüb.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, 24 yaşlı futbolçunun vəziyyəti məşqdə pisləşib.

Klubun məşqindən əvvəl ürəyinin bulandığını, başının gicəlləndiyini deyən Beltran hazırlığın gedişində yerə yıxılıb. Hücumçu xəstəxanaya aparılarkən yolda vəfat edib.