"Gəlib toylarda imandan danışanların əksəriyyətinin..." - Meyxanaçı Pərviz
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb. Proqramın budəfəki qonağı meyxana ustası Pərviz Sabirabadlı olub.
O, meyxananı tənqid edənlərdən söz açaraq həmin şəxslərin özlərini reklam etmək üçün bu sənəti pislədiklərini söyləyib:
"Bədiyyə sənətini tənqid edənlərə demək istəyirəm ki, meyxananın yaxşı tərəfləri çoxdur. Bizim qədər şəhidləri, qaziləri anan yoxdur.
Elə sənətçilər var ki, meyxananı zirvəyə qaldırıblar. Onlara nümunə kimi Vüqar Əbdülov, Namiq Qaraçuxurlu, Mehman Əhmədli, Vüqar Biləcərini göstərmək olar. Rəşad Dağlının da yoxluğuna görə indi meyxana laxlayır".
Pərviz Sabirabadlı həmçinin toylarda dini bədiyyə deyənləri qınayıb: