Gəncə Dövlət Filarmoniyasında “Azərbaycan kino musiqisi” adlı konsert proqramı keçirildi - FOTO

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Azərbaycan kino musiqisi" adlı konsert proqramı baş tutub. Tədbirin məqsədi Azərbaycan kinosunun musiqi incilərini tamaşaçılara təqdim etmək, milli kino musiqisinin zəngin ənənələrini yaşatmaq və təbliğ etmək olub.

Konsertdə Estrada ansamblı çıxış edib. Bədii rəhbər: Şəhriyar Tağıyev

Həmçinin Gəncə Dövlət Filarmoniyasının rəqs kollektivi səhnə alıb. Baletmeyster: Sənan Cavadov

Tədbir zamanı Tofiq Quliyev, Cahangir Cahangirov, Emin Sabitoğlu, Niyazi, Arif Məlikov, Vasif Adıgözəlov və Polad Bülbüloğlu kimi görkəmli bəstəkarların musiqilərindən ibarət kinofilmlərdən mahnılar və rəqslər təqdim olunub.

Konsertin ifaçıları sırasında Samir Məmmədov, Sehri Əliyeva, Vasif Bayramov, Respublikanın Əməkdar Mədəniyyət işçisi Mehparə Cəfərova, Xəyal Əliyev, Rüstəm Cəfərov, Elmir Pişnamazzadə və Pərviz Abdullayev yer alıblar.