Gəncədə küçələri sel basdı - FOTO
Gəncəyə yağan güclü yağış problemlər yaradıb.
meqale.com APA-ya istinadən bildirir ki, səhər saatlarında yağan leysan yağışından sonra şəhərin bir neçə hissəsindən sel keçib.
Sel şəhər yollarında nəqliyyatın və piyadaların hərəkətində çətinlik yaradıb.
Qeyd edək ki qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.