Gimnastika üzrə 29-cu Azərbaycan Çempionatının yekun günü - FOTO
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 29-cu Azərbaycan Çempionatının yarışlarının yekun günü keçirilir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu gün ayrı-ayrı növlər üzrə final yarışları keçirilir.
Finalda "yeniyetmələr" (2011-ci il təvəllüdlü), "gənclər" (2009-2010-ci il təvəllüdlü) və "böyüklər" (2008-ci il və daha böyük təvəllüdlü) yaş kateqoriyalarında çıxış edən gimnastlar lent, halqa, gürz və topla hərəkətlər nümayiş etdirirlər.
Yarışlarda, həmçinin, "gənclər" (2009-2010-ci il təvəllüdlü) arasında qrup hərəkətlərində çıxış edən komandalar beş halqa və beş cüt gürzlə hərəkətlər nümayiş etdirirlər.