Göyçayda 24 yaşlı gənci cərəyan vurdu
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb.
meqale.com xəbər verir ki, hadisə rayonun Potu kəndində qeydə alınıb.
Belə ki, rayonun Müskürlü kənd sakini, 2000-ci il təvəllüdlü İsmayılov İsamayıl Rafiq oğlu Potu kəndi ərazisində ağacdan alça yığarkən ehtiyatsızlıqdan yaxınlıqdan keçən elektrik xəttinə toxunub. Nəticədə onu elektrik cərəyanı vuraraq öldürüb.