Günayın bacısı Van Damla GÖRÜŞDÜ - FOTO
Müğənni Günay İbrahimlinin bacısı İlahə İbrahimli dünya şöhrətli Hollivud aktyoru Jan Klod Van Damla bir araya gəlib.
meqale.com bizim.media-ya istinadən bildirir ki, onların görüşü təsadüf nəticəsində baş tutub.
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində görüşən İlahə və aktyor birlikdə foto çəkdiriblər. Sözügedən şəkili isə müğənninin bacısı sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. İlahə paylaşımına "dedik ki, azərbaycanlıyıq, telefonumuzu götürdü, özü şəkil çəkdi" sözlərini yazıb. Qeyd edək ki, Günayın bacısı İlahə Ər-Riyad şəhərinə forumla bağlı yollanıb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun