Gürcüstanın bu ölkədəki səfirləri vəzifələrindən azad edildi
Gürcüstanın İsveçrə və Böyük Britaniyadakı səfirləri, həmçinin ölkənin BMT, NATO və Cenevrədəki digər beynəlxalq təşkilatlardakı nümayəndələri vəzifələrindən azad olunub.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze sərəncam imzalayıb.
Gürcüstan Xarici İşlər Nazirliyi bunu diplomatların səlahiyyət müddətinin başa çatması və planlaşdırılan rotasiya ilə əlaqədar olduğunu bildirib.