Hadrutda yerləşən 108 saylı seçki məntəqəsi səsvermə prosesinə tam hazırdır
"124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsinin 108 saylı seçki məntəqəsi rayonun Hadrut qəsəbəsində yerləşir. Budəfəki seçki prosesində həm məntəqə sədri kimi, həm də doğma yurdumda səsverən biri kimi bu tarixi hadisənin şahidi olduğum üçün qürurluyam".
meqale.com xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsinin 108 saylı seçki məntəqəsinin sədri Raqil Əlizadə bildirib.
Məntəqə sədri bildirib ki, məntəqədə 7 fevral - Azərbaycan Respublikası Prezidenti seçkilərinəhazırlıq tam yekunlaşıb, seçki prosesinin şəffaf və demokratik şəraitdə keçməsi üçün lazımi şərait yaradılıb: "Həmçinin məntəqəmiz lazımi texniki vasitə və metodiki vəsaitlərlə, yanğın təhlükəsizliyi, fasiləsiz rabitə və elektrik enerjisi ilə təchiz olunub"