Heyvan oğruları saxlanıldı
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən fərdi təsərrüfatların birindən xırdabuynuzlu heyvanlar oğurlayan Qismət Şamilov və Surəddin Adıgözəlov saxlanılıblar.
Bu barədə meqale.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Araşdırmalar zamanı adıçəkilən şəxslərin yeddi baş xırdabuynuzlu heyvan oğurlayaraq zərərçəkənə 1 850 manat ziyan vurduqları müəyyən edilib.
Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb, Q.Şamilov və S.Adıgözəlov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.