Hindistanda dəhşətli istiyə görə onlarla uşaq huşunu itirdi - FOTOlar
Hindistanın paytaxtı Nyu-Delhidə rekord həddə istilər qeydə alınıb.
meqale.com oxuya istinadən bildirir ki, meteoroloji stansiyanın məlumatına görə, havanın temperaturu 52,9 dərəcəyə çatıb.
Nəticədə məktəblərdə onlarla şagird huşunu itirib, içməli su bulaqları isə quruyub.
Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
Alimlərin sözlərinə görə, nəmlik gətirən küləklərin olmaması uzunmüddətli qızmaya səbəbi olub ki, bu da rekord temperaturlara gətirib çıxarıb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun