Hindistanda inəkləri kəsdilər, ara qarışdı

Hindistanda inəkləri kəsən və bunda müsəlmanları günahlandıran radikal millətçi qrupun üzvləri yaxalanıb. Hadisə yerində bir müsəlmanın fotosunun tapıldığı, amma bunun sui-qəsd olduğu üzə çıxıb.

meqale.com teleqraf.com-a istinadən bildirir ki, polis Uttar Pradeş ştatında milli-dini azlıqlara qarşı hücumları ilə tanınan millətçi qruplaşmanın lideri Bacranq Dal da daxil olmaqla 4 nəfəri saxlayıb.

Polis sözügedən şəxslərin inək kəsməkdə və bunda müsəlmanları günahlandırmaqda ittiham edildiklərini açıqlayıb.

Baş müfəttiş Əmrac Mina hadisə yerində Mahmud adlı müsəlmanın fotosunun tapıldığını, amma bunun bir sui-qəsd olduğunun anlaşıldığını deyib.

İnək başları 16-28 yanvar tarixlərində hindli zəvvarların Haridvar məbədinə getmək üçün istifadə etdikləri Kanvar yolunda tapılıb.

Baş verənlər bölgədə etirazlara səbəb olub.

Hindistanda inəklər müqəddəs hesab edilir. Hindlilər tanrı kimi inandıqları inəkləri kəsmirlər.