İkardinin keçmiş arvadı barəsində istintaq başladıldı - FOTO

"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardinin keçmiş həyat yoldaşı Vanda Nara barəsində istintaq başladılıb.

İkardinin keçmiş arvadı barəsində istintaq başladıldı - FOTO
"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardinin keçmiş həyat yoldaşı Vanda Nara barəsində istintaq başladılıb.

meqale.com xarici mətbuata istinadla xəbər verir ki, qanunsuz mərc oyunlarına təşviq etməkdə ittiham edilən Vanda Naranın instagram profilində təbliğ etdiyi onlayn kazinonun Buenos-Ayres şəhərində və ya Argentinanın heç bir əyalətində lisenziyası olmadığı müəyyən edilib.

Bu səbəblə o, polis şöbəsində dindiriləcək.

Görüş  dekabrın 17-də olacaq.