"İl-76 təyyarəsi "Patriot"la vurulub"
Rusiyanın Belqorod vilayətində İl-76 hərbi nəqliyyat təyyarəsi ABŞ-nin "Patriot" zenit-raket kompleksinin MIM104A raketi ilə vurulub.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
RF İstintaq Komitəsi ukraynalı hərbi əsirləri daşıyan İl-76-nın Patriot sistemindən buraxılan raketlə vurulduğunu təsdiqləyib.
Xatırladaq ki, yanvarın 24-də baş verən hadisə zamanı 74 nəfər həlak olub.