İlk dəfə səs verəcək seçicilər üçün xüsusi seçici kartları hazırlanıb

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə ilk dəfə səs verən seçicilər üçün xüsusi seçici kartları hazırlanıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədr müavini Rövzət Qasımov deyib.

O qeyd edib ki, ilk dəfə səs verən seçicilərdən 372-ü sentyabrın 1-də doğum gününü qeyd edəcək:

"Onlara da xüsusi doğum günü kartları veriləcək".

MSK sədri isə qeyd edib ki, həmin kartlara MSK-nin xüsusi möhürü vurula bilər:

"Bu, doğum günü kartlarının MSK-dan verildiyini xüsusiləşdirə bilər. Gərək bunu prezident seçkilərində də edərdik".