İngiltərə və Xorvatiyadan böyükhesablı qələbə, Almaniya Ukrayna ilə bacarmadı

AVRO-2024 ərəfəsində turnirdə iştirak edəcək komandalar yoldaşlıq görüşlərində qüvvələrini sınayıblar.

İngiltərə və Xorvatiyadan böyükhesablı qələbə, Almaniya Ukrayna ilə bacarmadı
AVRO-2024 ərəfəsində turnirdə iştirak edəcək komandalar yoldaşlıq görüşlərində qüvvələrini sınayıblar.

meqale.com lente istinadən xəbər verir ki, İngiltərə yığması Bosniya və Herseqovina seçməsini qonaq edib.

Görüşün 60-cı dəqiqəsində Palmer penaltini dəqiq yerinə yetirərək ev sahiblərini hesabda önə çıxarıb. 85-ci dəqiqədə Aleksandr-Arnold fərqi artırıb. 89-cu dəqiqədə isə Keyn yekun nəticəni müəyyən edib - 3:0.

Daha bir yoldaşlıq matçında Xovatiya futbolçuları Şimali Makedoniyadan olan həmkarlarını eyni hesabla darmadağın ediblər - 3:0. Görüşdə Mayer dublla yadda qalıb.

Almaniya millisi isə Ukrayna yığması ilə bacarmayıb. Oyunda hesab açılmayıb - 0:0.