"Instagram" yeni formata keçir - FOTO
"Instagram" sosial şəbəkəsi formatını dəyişib. Bundan sonra sosial şəbəkənin əsas səhifəsindəki paylaşımlar kvadrat əvəzinə düzbucaqlı olacaq.
meqale.com oxuya istinadən xəbər verir ki, bunu sosial şəbəkənin rəhbəri Adam Mosseri öz səhifəsində bildirib.
"Bilirəm ki, bəziniz kvadratları çox sevirsiniz. Kvadrat şəkillər bir növ "Instagram"ın irsidir. Amma hazırda yüklənən foto və videoların çoxu vertikaldır. Onları çox da kəsmək heyifdir", - Mosseri qeyd edib.
O etiraf edir ki, dəyişiklik "bir az ağrılı" ola bilər, amma keçəcək.
"Düşünürəm ki, insanlar uzunmüddətli perspektivdə onların fotolarının və daha çox videolarının aqressiv şəkildə kəsilməkdənsə, olduğu kimi profildə göründüyünə sevinəcəklər", - o vurğulayıb.