“iPhone 17 Ultra” gəlir - FOTO
"Apple"ın "iPhone" seriyası üçün yeni bir dövr başlaya bilər. Sızan məlumatlara görə, "iPhone 17 Ultra" adlı dördüncü model buraxıla bilər.
meqale.com xəbər verir ki, bu model "iPhone 17 Pro"da olmayan özünəməxsus xüsusiyyətlərə "Apple"ın flaqman titulunu daşıyacaq.
Məlumata görə, "Apple" sentyabr ayında təqdim edəcəyi yeni "iPhone" seriyasına "iPhone 17 Ultra" adlı yeni modeli də əlavə edəcək.
"iPhone 17 Ultra", "iPhone 17 Pro"dan fərqli olaraq daha kiçik, amma onda olmayan xüsusiyyətlərə sahib olacaq.
Ultranın daha böyük batareya üçün daha qalın dizayna sahib olacağı və daha yüksək tutumlu batareya ilə çıxacağı da bildirilir.
"iPhone 17 Ultra" Samsungun "Galaxy S25 Ultra" modeli ilə rəqib ola bilər.