İran Bakıya yeni səfir təyinatı ilə bağlı yayılan məlumatı təkzib edib
2020-ci ildən İranın Bakıdakı səfiri vəzifəsində çalışan Seyid Abbas Musəvi Azərbaycan Respublikasının Tehrandakı səfirliyi öz fəaliyyətini bərpa edənədək öz fəaliyyətini davam etdirəcək.
Bu barədə İranın diplomatik mənbədən Trend-in sorğusuna cavab olaraq bildirilib.
"Cənab səfirin missiyası ötən il yayın sonunda başa çatmışdı ancaq ondan tələb olunmuşdur ki münasibətlər normallaşana qədər və Azərbaycan Respublikasının Tehrandakı səfirliyi öz fəaliyyətini bərpa edənədək öz fəaliyyətini davam etdirsin", - deyə məlumatda bildirilib.