İran hava limanında saxlanılan xanəndəmiz Bakıdadır - YENİLƏNİB

10:37

İran hava limanında saxlanılan xanəndəmiz Bakıdadır - YENİLƏNİB
10:37

"Hazırda imtahandayam".

meqale.com xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Əməkdar müəllim, xanəndə Qəzənfər Abbasov İrandan gələrkən hava limanında saxlanılması ilə bağlı yayılan xəbərə aydınlıq gətirərkən deyib. 

Xanəndə bildirib ki, hazırda Bakıdadır və imtahanda iştirak edir. Xanəndə bu səbəbdən açıqlama verə biləməyəcəyini bildirib.

Qeyd edək ki, Azərbaycanın tanınmış xanəndəsi Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanında saxlanılması ilə bağlı xəbərlər yayılıb. Onun hansı səbəbdən saxlanıldığı məlum deyil.  

------- 10:01

Azərbaycanın tanınmış xanəndəsi İranda hava limanında saxlanılıb.

meqale.com xəbər verir ki, Azərbaycanın tanınmış xanəndəsi, Əməkdar müəllim Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanında saxlanılıb.

Onun hansı səbəbdən saxlanıldığı məlum deyil.

Bu barədə məlumatı Q. Abbasov Manset.az-a təsdiqləyib, lakin ətraflı məlumat verə bilməyib, daha sonra isə telefonu söndürülüb.