İranda prezidentliyə 3 namizəd qeydə alındı
Xəbər verdiyimiz kimi, bu gündən İranda növbədənkənar prezident seçkiləri ilə bağlı namizədlərin qeydə alınması prosesinə başlanılıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda 3 namizəd rəsmi olaraq qeydiyyata alınıb. Bu barədə məlumatı isə İranın Seçki Qərargahının nümayəndəsi Mohsen Eslami açıqlayıb.
Onun sözlərinə görə, indiyə qədər sənəd təqdim edən şəxslərdən yalnız üçünün qeydiyyatı təsdiq edilib.