İranda qaz xətti partladı: ölənlər və yaralananlar var
İranın qərbində yerləşən İlam vilayətinin Abdanan şəhərində qaz boru xəttinin partlaması nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu İranın Abdanan rayonu qubernatoru Məhəmməd Rəhmani deyib.
Onun sözlərinə görə, özəl rabitə şirkətlərindən biri tərəfindən qazıntı aparılarkən təhlükəsizlik məsələlərinə riayət olunmadığı üçün qaz boru xəttində partlayış baş verib.
"Hadisə nəticəsində iki fəhlə ölüb, biri də yaralanıb. Hadisə nəticəsində bir yaşayış binası tamamilə dağılıb və bir nəfər yaralanıb", - deyə o qeyd edib.