İrandan ölkəmizə narkotik keçirmək istədi - FOTO

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə meqale.com-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Araşdırma zamanı saxlanılan şəxsin Kürdəmir rayon sakini 1967-ci il təvəllüdlü Abuşov Elxan olduğu müəyyən edilib.

Əraziyə baxış zamanı ümumi çəkisi 11 kiloqram 700 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.