İşə düzəltmək adı ilə pulları mənimsədi, saxlanıldı

Bir neçə şəxsi işə düzəltmək adı ilə pullarını mənimsəməkdə təqsirləndirilən Naxçıvan şəhər sakini Murad Quliyev saxlanılıb.

İşə düzəltmək adı ilə pulları mənimsədi, saxlanıldı
Bir neçə şəxsi işə düzəltmək adı ilə pullarını mənimsəməkdə təqsirləndirilən Naxçıvan şəhər sakini Murad Quliyev saxlanılıb.

Bu barədə meqale.com-a Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"O, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində zərərçəkənləri aldadaraq onların müxtəlif məbləğlərdə pulunu mənimsəyib", - məlumatda bildirilib.