İtaliyada miqrant qayığı qəzaya uğradı: 20-dən çox adam itkin düşdü
İtaliyanın Lampeduza sahillərində miqrant qayığının qəzaya uğraması nəticəsində üçü uşaq olmaqla 21 nəfər itkin düşüb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, yeddi nəfər xilas edilib.
Qeyd edək ki, xilas edilənlərin Suriya vətəndaşları olduğu bildirilir.