Kamera və Orqan Musiqisi Zalının səhnəsində orqan musiqisi axşamı keçirilib - FOTO
Kamera və Orqan Musiqisi Zalının səhnəsində orqan musiqisi axşamı keçirilib.Bədii rəhbəri Əməkdar İncəsənət xadimi, professor Tahirə Yaqubova olan musiqili gecədə solistlər - Beynəlxalq müsabiqələr laureatları Nigar Məmmədova, Şəfəq Abdullayeva, Aydın Əliheydər və Fidan Rəşidova öz ifalarını dinləyicilərə təqdim ediblər.
Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.