Karlo Ançelotti üçün həbs təhlükəsi
"Real"ın baş məşqçisi Karlo Ançelotti həbs oluna bilər.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Madrid prokurorluğu onun 4 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Buna italiyalı mütəxəssisin 2014-15-ci illərdə 1 milyon avrodan artıq məbləği vergi müfəttişliyindən gizlətməsi səbəb olub. Ançelotti hesabatlarda yalnız klubdan aldığı maaşı göstərib, digər təşkilatlardan əldə etdiyi gəlirləri gizlədib.