“Kiçik Dəniz küçəsi 3” konserti keçirilib - FOTO

Bakı Müasir Musiqi Cəmiyyəti  Beynəlxalq Muğam Mərkəzində "Kiçik Dəniz küçəsi 3" adlı növbəti konsertini keçirib. Cadenza orkestrinin də iştirakı ilə keçirilən ilin son konsertində ən yeni dövr Azərbaycan bəstəkarları - Türkər Qasımzadə, Ayaz Qəmbərli, Tahir İbişov və Səid Qəninin  əsərləri ifa olunub. Hər ilin sonu ənənəvi olaraq keçirilən Kiçik Dəniz küçəsi konsertinin bu ilki proqramında Ayaz Qəmbərlinin "Maqnoliya", "İmpuls", Tahir İbişovun "Şəbəkə", "İşıqdan qopmuşlar", Türkər Qasımzadənin "Orada küylər və göyümtül sarı işıqlar vardı" və Səid Qəninin "Pareidolia", "Postlüd" əsərləri yer alıb. Qeyd edək ki,  konsertdə ifa olunan əsərlərdən üçü - "Maqnoliya", "Şəbəkə" və "Postlüd"ün dünya premyerası gerçəkləşdi. Əsərlər Sənubər Sultanova (violonçel), Humay Hacızadə (viola), Afaq Qarayeva (piano), Humay Qasımzadə (piano), Regina Məcidova (soprano),  BCMS ansamblı və Cadenza orekstrinin ifasında səslənib. Orkestrin dirijoru Samir Əsədov, bədii rəhbəri isə Türkər Qasımzadədir. 