Kılıçdaroğlu xanımı ilə qəzaya düşdü - FOTO
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Kamal Kılıçdaroğlu xanımı Selvi Kılıçdaroğlu ilə avtomobil qəzasına düşüb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Sputnik Türkiyə" məlumat yayıb.
Bildirilib ki, hadisə K.Kılıçdaroğlu qaynı Orxan Nadirin dəfnində iştirak etmək üçün Antalyaya gedərkən baş verib.
Onların vəziyyətinin normal olduğu bildirilir.