Kişi evdə oğlunun meyitini tapdı

Zaqatala rayonunda 38 yaşlı kişi evdə ölü tapılıb.

Kişi evdə oğlunun meyitini tapdı
Zaqatala rayonunda 38 yaşlı kişi evdə ölü tapılıb.

meqale.com axar.az-a istinadən bildirir ki,  hadisə şəhərin Mikayıl Müşviq küçəsi, ev 26 ünvanında qeydə alınıb.

Belə ki, Zaqatala Rayon Polis Şöbəsindən rayon prokurorluğuna 1986-cı il təvəllüdlü Rəşad Qurbanovun yaşadığı evdə ölməsi barədə məlumat daxil olub.

İlkin araşdırma zamanı müəyyən edilib ki, R.Qurbanov yuyunmaq üçün axımlı su qızdırıcısının quraşdırıldığı hamam otağına keçib, həmin gün saat 06:30 radələrində hamam otağında atası Fərhad Qurbanov tərəfindən ölmüş vəziyyətdə aşkar edilib.