Kişi iki dəfə qəzaya düşdü: Biri öz, biri daşındığı təcili yardım maşınında - VİDEO
Bişkekdə (Qırğızıstan) bir kişi qısa müddətdə iki dəfə qəzaya düşüb.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə Təcili Yardım Mərkəzinə məlumat verilib.
Bokonbayev və Abdrahmanov küçələrinin kəsişməsində baş verən qəza zamanı xəsarət alan sürücünü ağır qanaxma ilə təcili yardım maşınında xəstəxanaya aparan zaman Manasa və Axunbəyov küçələrinin kəsişməsində daha bir qəzaya düşüb.
Təcili yardım maşınının uğradığı qəzada həkim, feldşer və maşının sürücüsü də xəsarət alıblar. Onlar müxtəlif bədən xəsarətləri, o cümlədən beyin silkələnməsi ilə xəstəxanaya çatdırılıblar.