Kiyev tədbir görməsə, Rusiya bir həftəyə... - Krivolap

Rusiya qüvvələri Ukraynaya qarşı kütləvi hücumlara münasibətini bir qədər dəyişib. Əvvəlki raket hücumları gecə saatlarında olsa da, sonuncu hücum səhərə yaxın edilib.

meqale.com axar.az-a istinadən bildirir ki, bunu ukraynalı hərbi ekspert Konstantin Krivolap deyib.

O bildirib ki, ruslar çoxlu raketdən istifadə ediblər:

"Xüsusən, X-101, "Xəncər", X-22, "Kalibr" raketləri, həmçinin çoxlu sayda "Şahid" kamikadze PUA-sı... Zərbələrin belə dəyişməsinin nəticəsi Ukrayna qüvvələrinin Rusiya aerodromlarına hücumları ola bilər. Düşmənin Tu-95MS təyyarələri hər gün Olenya və Engels aviabazaları arasında uçurdu. Biz onların cədvəlini ciddi şəkildə pozmuşuq. Bizim hərəkətlərimiz onları reyslərin sayını azaltmağa məcbur edib. "Xəncər" daşıyıcıları - MiQ-31K qırıcıları ilə də vəziyyət oxşardır. Bu gün səmada cəmi üç təyyarə var idi ki, bu da Ukraynanın Savasleykaya zərbələrinin nəticələrinin olduğunu sübut edir.