Küçədə iti vəhşicəsinə döyən şəxslə bağlı ARAŞDIRMALARA BAŞLANILDI - FOTO
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, "DSK yolu" adlanan ərazidə naməlum şəxsin iti küt alətlə döyməsi ilə bağlı araşdırmalara başlanılıb.
meqale.com xəbər verir ki, bu barədə oxuya açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov görüntülərdən məlumatlı olduğunu bildirib:
"Həmin şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək".
Qeyd edək ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, "DSK yolu" adlanan ərazidə naməlum şəxs küt alət ilə iti vəhşicəsinə döyüb.
Bu barədə məlumat Baku.ws-in "qaynar xətti"nə daxil olub.
Şikayətçinin sözlərinə görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb. Belə ki, baltalı şəxs ətrafdakılara məhəl qoymadan itə vəhşicəsinə işgəncə verib:
"Küçədə uşaqlar var idi, o isə heç kimə məhəl qoymadan itə xəsarətlər yetirdi".