Küveytdə yanğında ölənlərin sayı 49 nəfərə çatdı

Küveytin cənubundakı Manqaf şəhərində yaşayış binasında baş verən yanğında azı 49 nəfər ölüb.

Küveytdə yanğında ölənlərin sayı 49 nəfərə çatdı
Küveytin cənubundakı Manqaf şəhərində yaşayış binasında baş verən yanğında azı 49 nəfər ölüb.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə KUNA agentliyi ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, yanğınsöndürənlər yanğını söndürüb, səlahiyyətlilər araşdırma aparır.

Küveyt hökuməti başçısının birinci müavini Şeyx Fəhd Yusef Səud əs-Sabah hadisənin bütün detalları müəyyənləşdirilənə qədər binanın sahibinin saxlanılacağına söz verib.