“Lalə parkı” niyə hasarlanıb?
Bakıda "Lalə parkı" kimi tanınan istirahət yerinin bir hissəsi hasarlanıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bir müddətdir ərazidə vurulmuş məlumatverici lövhədən məlum olur ki, burada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işlər görüləcək.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Qurumun mətbuat katibi Anar Nəcəfli saytımızın sorğusuna cavab olaraq bildirdi ki, ərazidə tıxacın azaldılması və nəqliyyat axınının sabitlənməsi məqsədilə yeni layihə icra ediləcək: "Bununla bağlı Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən yeni layihə hazırlanıb və yaxın vaxtlarda ərazidə işlərə başlanılacaq. Layihənin nədən ibarət olması da həmin vaxt ictimaiyyətə açıqlanacaq".
Əldə etdiyimiz məlumata görə, "Lalə parkı"nın ərazisindən istifadə edilməklə Babək prospektindən Heydər Əliyev prospekti istiqamətinə - oradan keçən dəmiryolu xəttinin alt hissəsindən yeni yolun tikintisi nəzərdə tutulub.