Lənkəranda ağır qəza - ölən və xəsarət alanlar var - YENİLƏNİB - VİDEO - FOTO

19:00 Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ələt-Astara magistral yolunun Lənkəran rayonundan keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

meqale.com FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Ford" markalı yük avtomobili idarəetməni itirərək irəlidə hərəkət edən "Belarus" markalı nəqliyyat vasitəsinə çırpılaraq yol kənarına aşıb və yük avtomobilindəki sərnişin deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan Lənkəran rayonu, Göyşaban kənd sakini Abbasov Samir Yusif oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

---------- 16:41 Lənkəranda baş verən qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.