Lənkəranda avtomobil kanala aşdı - xəsarət alan var - FOTO

Lənkəranda avtomobil kanala aşıb.

Lənkəranda avtomobil kanala aşdı - xəsarət alan var - FOTO
Lənkəranda avtomobil kanala aşıb.

meqale.com xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran şəhərinin Səttarxan küçəsində qeydə alınıb. Lənkəran şəhər sakini,1987-ci il təvəllüdlü Ülkər Əsədovanın idarə etdiyi "Chevrolet" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı suötürücü kanala aşıb.

Sürücü xəsarət alaraq Lənkəran Rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Qəza nəticəsində kanalın üstündən keçən yüksək təzyiqli qaz kəməri də qismən zədələnib.