Makronun hakimiyyətdən uzaqlaşdırılması təklif olunacaq
Solçu İtaətsiz Fransa Partiyasının deputatları Emmanuel Makronun respublika prezidenti vəzifəsindən kənarlaşdırılması ilə bağlı Milli Assambleyaya (parlamentin aşağı palatası) təklif göndərəcəklər.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə partiyanın milli koordinatoru Manuel Bompard X sosial səhifəsində bildirib.
Siyasətçilər Fransa Konstitusiyasının 68-ci maddəsinə əsaslanırlar. Partiya bu qərarı Makron solçu Yeni Xalq Cəbhəsinin namizədini baş nazir təyin etməkdən imtina etdikdən sonra verib.
Bompard həmçinin bütün solçu tərəfdarlarını prezidentin qərarına etiraz olaraq yürüşə çağırıb.