Mbappe PSJ illə yollarını ayırır
Paris Sen-Jermenin hücumçusu Kilian Mbappe müqaviləsi yayda başa çatacağı üçün komandanı tərk edə bilər.
meqale.com axar.az-a istinadən xəbər verir ki, Fransa klubu artıq onu əvəz edə biləcək oyunçu tapıb.
Məlumata görə, "Bayern" və Almaniya millisinin cinah oyunçusu Leroy Zane PSJ-də Mbappeni əvəz edə bilər.
Qeyd olunur ki, Paris klubunun baş məşqçisi Luis Enrike Zaneni yaxın illərdə Fransa klubunun hücumunda Kolo Muani və Dembele ilə üçlükdə görür.