Məcburi köçkünlərin məskunlaşdığı binaların aqibəti necə olacaq? - AÇIQLAMA

"Bakının mərkəzində yalnız yüngül sənaye sahələri qalacaq".

Məcburi köçkünlərin məskunlaşdığı binaların aqibəti necə olacaq? - AÇIQLAMA
"Bakının mərkəzində yalnız yüngül sənaye sahələri qalacaq".

meqale.com oxuya istinadən bildirir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib.

O bildirib ki, Baş planla nəzərdə tutulan əsas islahat kompleks yanaşmadır:

"Artıq yanaşmalar nöqtəvi yox, kompleks olacaq. Bu da şəhərdə müvafiq istirahət yerlərinin, yaşıllıqların planlaşdırılmasına zəmin yaradır".

Komitə sədri məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binaların aqibətindən də danışıb:

"Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binaların bəziləri, təəssüf ki, qəzalı vəziyyətə çox yaxındır. Onların Qarabağa köçürülməsi prosesi müvafiq qaydada davam etdirilir. Onlar köçürüldükdən sonra o binaların da digər qəzalı binalar kimi yenidən qurulması nəzərdə tutulur".

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun