Məktəblilərin ölümünə səbəb olan Emin həbs edildi - FOTO

Zaqatalada məktəbliləri vuraraq öldürən sürücü həbs edilib. 

Məktəblilərin ölümünə səbəb olan Emin həbs edildi - FOTO
Zaqatalada məktəbliləri vuraraq öldürən sürücü həbs edilib. 

meqale.com lente istinadən bildirir ki, Zaqatalada 2 azyaşlının ölümünə səbəb olan sürücü Emin İbrahimov barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, fevralın 8-də Zaqatala şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunmuş, İbrahimov Emin Oqtay oğlu sürücülük hüququ olmadan, eləcə də etibarnaməsiz idarə etdiyi "Mercedes" markalı, 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Göyəm kəndi ərazisində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirməsi nəticəsində yolun kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub. 

Nəticədə azyaşlılardan Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itirib.