“Mercedes-Benz”in zavodunda insanabənzər robot fəaliyyətə başladı

"Mercedes-Benz"in zavodunda "Apollon" adı verilən insanabənzər robot fəaliyyətə başlayıb.

“Mercedes-Benz”in zavodunda insanabənzər robot fəaliyyətə başladı
"Mercedes-Benz"in zavodunda "Apollon" adı verilən insanabənzər robot fəaliyyətə başlayıb.

meqale.com oxuya istinadən xəbər verir ki, robot Birləşmiş Ştatların "Apptronik" şirkəti tərəfindən hazırlanıb.

Boyu 170 santimetr, çəkisi 73 kiloqram olan "Apollon" robot 25 kiloqram yük qaldırmağa qadirdir.

Robotun fabrikdəki vəzifələri - komponentlərin keyfiyyətini yoxlamaq və onları yığım hissəsinə daşımaqdır. 

İnsanabənzər robotlara fiziki işlər, təkrarlanan gündəlik işlər həvalə ediləcək.