Məşhur Hollivud aktrisası dəbdəbəli malikanəsini satdı - FOTOlar
35 yaşlı aktrisa Emma Stoun satış elanından iki həftə keçməmiş Los-Ancelesdəki dəbdəbəli malikanəsini 3 milyon 995 min dollara (təxminən 6,8 milyon manat) satıb.
meqale.com oxuya istinadən bildirir ki, "Sotheby's International Realty" agentliyinin rieltoru Erik Lavinin sözlərinə görə, həmin məkan son dərəcə populyar olub və evə baxmağa 100-dən çox insan gəlib.
Qeyd olunur ki, aktrisanın satdığı ev 1926-cı ildə tikilmiş 305 kvadratmetrlik ispan üslublu malikanədir.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun