Məşhur müğənni həbsxanada öldürüldü - FOTO

Böyük Britaniyanın Lostprophets qrupunun solisti,  uşaqlara qarşı seksual xarakterli cinayətlərə görə 29 il həbs cəzasına məhkum edilmiş İan Uotkins Ueykfild həbsxanasında öldürülüb.

meqale.com xəbər verir ki, 48 yaşlı musiqiçiyə başqa bir məhbus bıçaqla hücum edib. Qərbi Yorkşir polisi hücum nəticəsində onun öldüyünü təsdiqləyib.

Uotkins 2013-cü ildə uşağa təcavüz, 13 yaşından kiçik uşağa əxlaqsızlıq cəhdi və uşaq pornoqrafiyasının saxlanması və istehsalı da daxil olmaqla 13 seksual cinayətdə təqsirli bilinərək 29 il həbs cəzasına məhkum edilib. 2023-cü ildə Ueykfild həbsxanasında bıçaqlı silahla hücuma məruz qalmışdı. The Daily Mirror bildirir ki, musiqiçi 900 funt-sterlinq narkotik borcuna görə daha üç məhbus tərəfindən girov saxlanılıb və həbsxana əməkdaşlarının müdaxiləsindən sonra sərbəst buraxılıb.