Metroda faciəvi şəkildə ölən kişi polkovnikin qardaşı imiş - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, iyunun 2-də 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayev Bakı Metropoliteninin "28 May" stansiyasında dəmir yolu xəttinin üzərinə düşüb və yaxınlaşan qatarın altında qalaraq ölüb.

meqale.com publika.az-a istinadən xəbər verir ki, faciəli şəkildə dünyasını dəyişən Ş.Abdullayev polkovnikin qardaşıdır. Belə ki, Şərafəddin Abdullayevin qardaşı Səxavəddin Abdullayev uzun illər Daxili İşlər Nazirliyinin Maliyyə-plan İdarəsinin rəisi vəzifəsində çalışıb və polis polkovnikidir.

Mərhum Ş.Abdullayevin isə daha əvvəl Fövqəladə Hallar Nazirliyində çalışması və təqaüddə olması bildirilib.

-------

13:45

Metronun "28 May" stansiyasında qatar stansiyaya daxil olarkən 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayev platformadan yola yıxılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən verilən məlumata görə, 68 yaşlı şəxsin həkiməqədər ölümü qeydə alınıb.

Lakin vətəndaşın qatar yoluna düşərkən hansı vəziyyətdə olması ilə təfərrüatlı informasiya verilməyib.

Bizim.media-nın əldə etdiyi məlumata görə, Şərafəddin Abdullayev həyatını sonlandırıb. Yəni onun sağlamlıqla bağlı heç bir ciddi narahatlığı olmayıb və özünü qatarın altına bilərək atıb.

Qeyd edək ki, qatar həmin şəxsin üstündən keçib və o, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.