Mikroavtobusun qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
17:19 "Goranboyda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmayıb".
Mİlli.Az xəbər verir ki. bunu oxuya açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
O, qeyd edib ki, hadisə "Niva" və "QAZel" markalı avtomobillərin toqquşması nəticəsində baş verib. Qəzada xəsarət alan olmayıb.
------- 16:14 Goranboyda ağır qəza olub.
meqale.com metbuat.az-a istinadən xəbər verir ki, rayonun İrəvanlı kəndində hərəkətdə olan "QAZel" markalı mikroavtobusla "Niva" markalı minik maşını toqquşub.
Qəza nəticəsində bir neçə nəfər yaralanıb. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.