“Moskva və Bakı konsulluq məsələsini müzakirə edir” - Qaluzin
Moskva və Bakı Rusiyanın Azərbaycanda Baş konsulluqlarının yaradılmasını müzakirə edir.
meqale.com APA-ya istinadən bildirir ki, bunu Peterburq beynəlxalq forumu çərçivəsində keçirilən Rusiya-Azərbaycan sessiyasında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası bu məsələdə uğura ümid edir.