MÜSİAD Azərbaycan qarşılıqlı investisiyalar istiqamətində fəaliyyətlərini davam etdirir - FOTO

MÜSİAD Azərbaycan olaraq ölkə başçılarımızın qarşımıza qoyduğu ticarət və qarşılıqlı investisiyalar istiqamətində fəaliyyətlərimizi davam etdiririk.

MÜSİAD Azərbaycan qarşılıqlı investisiyalar istiqamətində fəaliyyətlərini davam etdirir - FOTO
MÜSİAD Azərbaycan olaraq ölkə başçılarımızın qarşımıza qoyduğu ticarət və qarşılıqlı investisiyalar istiqamətində fəaliyyətlərimizi davam etdiririk.

meqale.com-ın TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli "X" sosial media hesabında bildirib.

"Ötən il fəaliyyətə başlayan MÜSİAD Ticarət Ofisi və MÜSİAD İnvest vasitəsilə ölkəmizə iş adamlarının və investorların cəlb edilməsi, iş adamlarımıza və ölkə iqtisadiyyatımıza töhfə vermək başlıca hədəfimizdir. Bu məqsədlə Azərbaycanla bağlı iqtisadi, turistik, statistik məlumatların olduğu "AZERBAYCANA GELMEK İÇİN 101 NEDEN" başlıqlı təqdimatımızın hazırlıqları bitmək üzrədir", - deyə o əlavə edib.

R.Cabirli onu da vurğulayıb ki, Azərbaycanın 10 milyonluq əhalisi olan coğrafiya kimi deyil, 250 milyondan çox əhalisi olan MDB ölkələrinə çıxış nöqtəsi olaraq dəyərləndirilməsi vacibdir.

"Bu təqdimatı yaxın zamanda həm Türkiyədəki qurum və quruluşlarla, həm də 60 min şirkətin təmsil olunduğu MÜSİAD-ın 163 şöbəsində iş adamlarımızla paylaşmağı planlaşdırırıq. Təqdimatda Azərbaycana gəlmək istəyən iş adamları gəliş səbəbini müəyyənləşdirdikdən sonra aidiyyatı səbəblə bağlı məlumatlar ala biləcək. Bizlər qardaşlıq şüurumuzu ortaqlıq mədəniyyətiylə birləşdirmənin, sinerjimizi artırmanın əzmindəyik. Gücümüz birliyimizdədir !", - deyə o qeyd edib.